Xanım deputat: “Hər bir azərbaycanlı Prezidentin bu sərəncamını bəyənir və alqışlayır”

Xanım deputat: “Hər bir azərbaycanlı Prezidentin bu sərəncamını bəyənir və alqışlayır”

Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezident təyin edilməsinə münasibət bildirib.

 

Deputat "Ölkə.Az”-a açıqlamasında sözügedən sərəncamın zamanında atılan addım olduğunu söyləyib:

"Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hörmətli millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı Prezidentin bu sərəncamını bəyənir və alqışlayır. Azərbaycan qadınları da bu sərəncamı çox sevinclə qarşılayır və dəstəkləyir. Hər kəs Mehriban xanım Əliyevanın bu vəzifənin də öhdəsindən çox ləyaqət və uğurla gələcəyindən əmindir”. 

Mehriban Əliyevanın Birinci xanım kimi indiyədək Azərbaycan dövləti və xalqı üçün böyük işlər gördüyünü vurğulayan J.Əliyeva qeyd edib ki, Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması üçün də çox vacib işlər həyata keçirir: 

"Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı üçün gördüyü əvəzsiz işlər danılmazdır. Ona görə də biz hörmətli Mehriban xanımı ürəkdən təbrik edirik, ona yeni vəzifəsində uğurlar arzu edirik”. 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...