Bərdə maliyyə rəisi Mehman Allahverdiyev kimə arxalanır?-Tərtərə icra başçısı gətirilir

Bərdə maliyyə rəisi Mehman Allahverdiyev kimə arxalanır?-Tərtərə icra başçısı gətirilir
Tərəfdar.az xəbər verir ki, bir neçə gün öncə Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevin Tərtər rayon icra hakimiyyətinə başçı gətiriləcəyi haqda bir neçə saytlar məlumat vermişdi. 

Tərəfdar.az Mehman Allahverdiyev haqda mətbuatda yazılanlar əsasında qısa araşdırma aparıb.
Məlumata görə, Müstəqim Məmmədov Elmar Vəliyevin kadrı olduğuna görə şikayətlərin çox olması Gəncənin icra başçısının nüfuzuna və etimadına xələl gəldiyi üçün Tərtərə yeni başçının gətirilməsi gündəmə gəlib. 
Artıq Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə namizədi çoxdan hazırdır. Belə ki, Elmar Vəliyevin Tərtər icra başçısı vəzifəsinə təklif etdiyi namizəd Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olduğu bildirilir.

Mehman Allahverdiyev kimdir?

Tərəfdar.az-ın media üzərində araşdırması zamanı məlum olub ki, Bərdə maliyyə rəisi Mehman Allahverdiyev Gəncəbasar "qubernatoru” Elmar Vəliyevin xalası oğludur. Və bu qohumluq Mehman Allahverdiyevin Tərtərə icra başçısı getməsi şansını artıran faktorlardan biri kimi qiymətləndirilir.
Digər bir maraqlı məlumat isə, Mehman Allahverdiyev həm də Yevlaxın icra başçısı Qoca Səmədovun və Bərdənin icra başçısı Vidadi İsayevin qohumu olduğu bildirilir.
Arxasında üç icra başçısı dayanan Mehman Allahverdiyevə kim "dur” deyə bilər? Üç icra başçısı onun zəmanəti sayılır. Və belə olan halda yazılanlar gerçəkləşə bilər..
Mehman Allahverdiyev haqda digər bir yazılan məlumat ondan ibarətdir ki, hazırda Bərdə maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacağı bildirilir.

Tərəfdar.az xəbər verir ki, məlumata görə, büdcə təşkilatları belə bir zamanda rəisin hərəkətlərindən cana doyub və Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə şikayərlər yazırlar.
Aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev kifayət qədər etibarlı şəkildə "sığortalanmış” məmurlardandır və Elmar Vəliyevin dəstəyi ilə Tərtər Rayon İcra Başçısı vəzifəsinə gətirilə bilər.

Bu iddialarla bağlı maliyyə rəisinin mövqeyini dərc etməyə hazırıq.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...