Azərbaycanda ana ölümlərinin əsas səbəbi - Rəsmi açıqlama

Azərbaycanda ana ölümlərinin əsas səbəbi - Rəsmi açıqlama

"Azərbaycanda da bütün dünyada olduğu kimi ana ölümlərinin əsas səbəbləri sırasında ağır formalı preklamsiya üstünlük təşkil edir”.

Sfera.az "Report”a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova jurnalistlərə deyib.

Onun sözlərinə görə, çox vaxt qadınlarda preklamsiya (ağır hamiləliyin fəsadlaşması) müşahidə olunur: "Bu zaman onlarda təzyiq yüksək olur, sidikdə zülal və bədəndə ödəm (şişlər) olur. Bu, əksər vaxtlarda qadınlarda hamiləliyin ikinci yarısından, yəni 22-24-cü həftəsindən başlayaraq özünü gizli şəkildə büruzə vermiş olur. Əlamətlər daxildən başlayır, qadın ağırlaşır, yuxusu gəlir, əli ayağı şişir”.

Baş mama-ginekoloq bildirib ki, bəzən hamilələrin ailəsi və qohumları onun vaxtında həkimə müraciət etməsinə yardımçı olmurlar: "Onlara ana və nənəsini misal göstərirlər. Amma bu problemlər hamilə qadının həm bətnində olan dölü inkişafdan saxlayır, həm də onun özünə ciddi ziyan vurur, yəni qaraciyərində, böyrəyində, damarlarında, göz dibində, beyinində dəyişikliklər meydana çıxır. Həmin qadınlar ağırlaşmış formada xəstəxanaya daxil olanda yalnız təxirəsalınmaz halda onlara yardım edə bilirik”.

S.Məmədova qeyd edib ki, əgər hamilə qadının qız vaxtı sağlamlığı normal və heç bir ekstragenital xəstəliyi olmayıbsa, bu zaman qadın məsləhətxanasına 7 dəfə müraciət edilməlidir: "Təəssüf ki, bəzən qadınlar və qızlar öz xəstəlikləri barədə anlayışlı olmurlar. Həkimə hamilə qalandan sonra gec müraciət edirlər. Nəticədə bir sıra xəstəliklər hamiləlik vaxtı kəskinləşir. Bu zaman həkimə müraciət etdikdə isə ona yardım göstərmək üçün vaxt məhdudlaşır. Lakin o da məlumdur ki, heç bir qadının sağlamlığı ideal formada deyil və hər birinin qız vaxtından qalan problemləri var”.

"Əgər qadın məsləhətxanasında həkim-ginekoloq hamiləyə bir neçə dəfə gəlməyi məsləhət görürsə, onda buna riayət etmək lazımdır. Çox vaxt hər hansı bir gizlin keçən xəstəlik barədə şübhə edirik. Təbii ki, dəqiq diaqnoz qoymaq üçün müəyyən vaxt (3 gün, 1 həftə və ya 10 gün) lazım olur. Çox vaxt hamilələr bunu unutduğundan təyin edilən təkrar müayinələrə gəlmirlər. Təkrar müayinələr hamil qadının bədənində baş verən dəyişikliklər barədə ilkin diaqnostika üçün vacib addımdır”, - deyə baş mama-ginekoloq vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...