"Çudo Peçka" tamamilə çökdü: işçilər məhkəməyə gedir - FOTO

"Çudo Peçka” mağazalar şəbəkəsinin daha iki mağazası bağlanıb.
Sfera.az-ın musavat.com-a istinadən məlumatına görə, uzun müddətdir ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun "Əhmədli”, "Neftçilər” və "28 may” stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb.

Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir. Eyni zamanda əldə etdiyimiz məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda "Çudo Peçka”nın yalnız metronun "Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.

Məlumatı təsdiqləmək üçün şirkətin metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkdik. Müşahidə etdik ki, doğrudan da mağazanın qarşısından "Çudo Peçka”nın adı götürülüb. İçəridə satış olsa da, bildirildi ki, bura artıq "Çudo Peçka” olaraq fəaliyyət göstərməyəcək.

Onu da xatırladaq ki, "Çudo Peçka”nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.

İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.

Məlumata görə, əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.



OXŞAR XƏBƏRLƏR

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...