Bakıda polislər qəzaya düşdülər

Bakıda polislər qəzaya düşdülər

Ötən axşam saat 19 radələrində Sabunçu rayonu Bilgəh-Maştağa yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az salamnews-a istinadən bildirir ki, 32 yaşlı Abdullayev Ramin Tofiq oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın yol sürüşkən olduğundan idarəetmədən çıxaraq qarşı tərəfdə hərəkət edən Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə məxsus "Fiat Doblo" markalı avtomaşına çırpılıb.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü və "Fiat Doblo" markalı avtomaşında olan iki nəfər polis əməkdaşı - 27 yaşlı Qəzənfərli Azad Ələsgər oğlu və 36 yaşlı Hüseynzadə Təbriz Məhiyəddin oğlu - müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanada hər üç yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. İşi araşdıran təhqiqatçı Fikrət Məmmədov faktı salamnews-a təsdiq edərək bildirib ki, qəza şəraitini "VAZ-2107" markalı avtomaşın yaradıb. Hər üç şəxsin izahatı alınıb və qəza nəticəsində əzilən avtomobillər cərimə meydançasına yerləşdirilib.

Dünən Sabunçu rayonu Bilgəh-Maştağa yolunda baş verən qəzada daha bir nəfərin xəsarət aldığı məlum olub.

 
 
 

Salamnews-un əldə etdiyi məlumata görə, qəzada Çevik Polis Alayının əməkdaşı 28 yaşlı Əsgərov Rasim Zülfüqar oğlu da xəsarət alıb.

Həmin yol qəzasında xəsarət alanlardan biri Qəzənfərli Azad Ələsgər oğlunun vəziyyəti orta-ağır olduğundan Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...