"Elektron hökumət"də yenilik
Cəmiyyət
21:24 / 16.02.2017
788
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi "Elektron hökumət" nəşrində "Artırılmış reallıq" (Augmented reality) texnologiyasından istifadə edib.
Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzdən məlumat verilib.
"Artırılmış reallıq" funksiyası e-hökumət bülletenində nəşr olunan bəzi materialların virtual modifikasiyasıdır. Onların oxunması üçün "EGOV AR" mobil tətbiqi lazımdır. Bu funksiyadan istifadə edərkən kameranı bəzi materiallarda yer alan xüsusi görüntü üzərinə tutmaq tələb olunur.
"EGOV AR" mobil tətbiqini "Android" və "IOS" əməliyyat sistemlərində çalışan qurğular üçün əldə etmək mümkündür.