Rusiya müharibədə ölən dinc sakinlərin sayını açıqladı

Rusiya müharibədə ölən dinc sakinlərin sayını açıqladı

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin 2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsindən bəri Ukraynanın hücumları nəticəsində azı 621 rusiyalı dinc sakinin həyatını itirdiyini açıqlayıb. Onların arasında 38 uşağın da olduğu bildirilir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Bastrıkinin sözlərinə görə, Ukrayna qüvvələrinin Rusiya ərazilərinə həyata keçirdiyi hücumlar mülki infrastrukturun dağıdılmasına və insan tələfatına səbəb olub. Rəsmi məlumata görə, hücumlar nəticəsində 3 min 217 nəfər də yaralanıb.


“The Moscow Times” nəşrinin xəbərinə görə, Rusiya İstintaq Komitəsi Ukraynanın sərhədyanı bölgələrə yönəltdiyi hücumlarla bağlı 3 mindən çox cinayət işi başladıb.

 

Bastrıkin hücumların əsasən Belqorod, Kursk, Bryansk, Rostov, Krasnodar vilayətləri ilə yanaşı, Krım və Sevastopolda qeydə alındığını bildirib.


Komitə sədri əlavə edib ki, indiyədək 550-yə yaxın Ukrayna hərbçisi və xarici muzdlular uzunmüddətli həbs cəzalarına məhkum olunub.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sevil-Sevinc bacıları: "Düşünürlər ki, bizim ağlımız yoxdur"

Müğənni əkiz bacılar Sevil-Sevinc açıqlamaları ilə diqqət çəkiblər.   Sfera.az xəbər verir ki, onlar televiziya aparıcılarından gileyləniblər. ...

İran ABŞ-yə cavab hazırlayır

“İran nüvə probleminin həlli ilə bağlı amerikalı nümayəndələrin Oman vasitəsilə göndərdiyi təklifə cavab hazırlayır”.   Sfera.az İnterfak...

Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanlayıb.    Sfer...

Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Çinin Yunnan əyalətində yerləşən Yanjin şəhəri “dünyanın ən dar şəhəri” kimi tanınır. İki nəhəng dağın arasında yerləşən və yalnız bir neçə metr enə...

Dənizdə yeni güc: İngiltərə sualtı qayıların sayını artıracaq

İngiltərə hökuməti müdafiə sahəsində yeni addım ataraq, yalnız hücum silahları ilə təchiz olunacaq və nüvə enerjisi ilə işləyəcək 12 yeni sualtı qayığın hazırla...

Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA

İslam dinində tövsiyə edilən və sağlamlığa faydaları ilə tanınan hicama terapiyası alternativ müalicə üsulu kimi həm tibbi, həm də dini baxımdan əhəmiyyət daşıy...