Nazirlər Kabinetinin MM-ə hesabat tarixi dəyişdi

Nazirlər Kabinetinin MM-ə hesabat tarixi dəyişdi

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

 

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Firuzə Əliyeva
Sfera.az

 
 


OXŞAR XƏBƏRLƏR

Bu tarixdə qısa iş günü olacaq

5 iyun 2025-ci il Azərbaycanda qısaldılmış iş günü olacaq.   Sfera.az-ın məlumatına görə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərind...

Sevil-Sevinc bacıları: "Düşünürlər ki, bizim ağlımız yoxdur"

Müğənni əkiz bacılar Sevil-Sevinc açıqlamaları ilə diqqət çəkiblər.   Sfera.az xəbər verir ki, onlar televiziya aparıcılarından gileyləniblər. ...

İran ABŞ-yə cavab hazırlayır

“İran nüvə probleminin həlli ilə bağlı amerikalı nümayəndələrin Oman vasitəsilə göndərdiyi təklifə cavab hazırlayır”.   Sfera.az İnterfak...

Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanlayıb.    Sfer...

Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Çinin Yunnan əyalətində yerləşən Yanjin şəhəri “dünyanın ən dar şəhəri” kimi tanınır. İki nəhəng dağın arasında yerləşən və yalnız bir neçə metr enə...

Dənizdə yeni güc: İngiltərə sualtı qayıların sayını artıracaq

İngiltərə hökuməti müdafiə sahəsində yeni addım ataraq, yalnız hücum silahları ilə təchiz olunacaq və nüvə enerjisi ilə işləyəcək 12 yeni sualtı qayığın hazırla...