Hərbi Prokurorluq: Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb

Hərbi Prokurorluq: Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə əlaqədar Qazax Hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Bu barədə APA-ya  Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, ibtidai araşdırma zamanı mərhum Xanəli Fəttayevin meyitinin xarici və daxili müayinəsi keçirilib, məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin edilib: "Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir, iş üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

 

Qeyd olunub ki, cinayət işinin istintaqının aparılması Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin xüsusi nəzarətindədir.


OXŞAR XƏBƏRLƏR

Nazir tanınmış cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir An...

Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də ...

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb.  İl...

29 Aprel Beynəlxalq Rəqs Günüdür

Hər il 29 aprel tarixində bütün dünyada Beynəlxalq Rəqs Günü qeyd olunur. Bu gün təkcə səhnə sənətinin bir növü olan rəqsi təbliğ etmək məqsədi daşımır – ...

Tramp 100 günlük fəaliyyətinə qiymət verdi

ABŞ Prezidenti Donald Tramp vəzifədəki ilk 100 gününü “tarixi” adlandırıb.  Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ...

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad edilib.   Sfer...