Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb. 
İlham Əliyev qeyd edib ki, Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq edir. Bu nəqliyat dəhlizinin əhəmiyyətindən danışan prezident söyləyib ki, Azərbaycan Şimal-Cənub layihəsinin sadəcə nəqliyyat dəhlizi kimi görmür:

 

"Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var".

 


Prezident İlham Əliyevin bu fikirlərini Sfera.az-a şərh edən Milli Məclisinin IV çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev qeyd edib ki, iqtisadi inkişaf üçün nəqliyyat infrastrukturunun olması vacibdir:

 

"İqtisadi inkişaf qonşularla normal iqtisadi əlaqələr qurmaqdan, onları inkişaf etdirməkdən keçir və bu baxımdan yol iqtisadiyyatın ən vacib elementlərindən biridir. Bu baxımdan, dəhlizin genişləndirilməsi və inkişafı həm daşımaların sürətinə, həm də iqtisadi səmərəliliyə təsir edəcək. Bu, yüklərin daşınması sürətini artıracaq və daha ucuz yükdaşınmanın həyata keçirmək üçün imkanlar yaradacaq. Belə əlverişli infrastrukturdan istifadə edib hansısa layihələr keçirmək həm bizə, həm də qonşu ölkələrə lazımdır”.

 


R.Quliyev onu da vurğuladı ki, nəqliyyat infrastrukturu ətrafında müəssisələrin yaradılması qeyri neft-qaz sektorunda istehsalın artımına gətirib çıxarır, yeni iş yerlərinin açılması imkanını yaradır, məşğulluğun genişlənməsinə, işsizliyin azalmasına, eləcə də ümumi daxili məhsulun həcminin artmasına, vergilər və gömrük rüsumları üzrə yığımlara müsbət təsir edir. 

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...