Hindistanda turistik ərazilər bağlandı

Hindistanda turistik ərazilər bağlandı

Ötən həftə Hindistanın Kəşmir bölgəsində turistlərə qarşı törədilən hücumdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə çərşənbə axşamı etibarilə bölgədəki turistik yerlərin yarısından çoxu ictimaiyyət üçün bağlanıb. 

 

Sfera.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, əldə edilən hökumət sənədinə əsasən, Kəşmirdəki 87 turistik məntəqədən 48-i bağlanıb, digərlərində isə təhlükəsizlik tədbirləri artırılıb. Bağlanmanın nə vaxta qədər davam edəcəyi barədə məlumat verilməyib.

 

Səlahiyyətlilərin və hadisədən sağ çıxanların sözlərinə görə, silahlılar turistlər arasında seçim edərək hinduları hədəf alıblar və Pahalgam bölgəsində yaxın məsafədən atəş açıblar. Hücum nəticəsində 26 nəfər həyatını itirib. Hindistan hakimiyyəti hücum edənlərdən ikisinin Pakistandan olan silahlılar olduğunu müəyyənləşdirib. Pakistan isə bu iddiaları rədd edib və hadisənin neytral araşdırılmasına çağırıb.

 

Hadisə iki nüvə silahlı qonşu dövlət arasında gərginliyi daha da artırıb. Hindistan Hind Suları Müqaviləsini dayandırıb, Pakistan isə hava məkanını Hindistan aviaşirkətlərinin üzünə bağlayıb. Kəşmiri iki dövlət arasında ayıran 740 kilometr uzunluğundakı de-fakto sərhəddə də son günlər atışmalar artıb. Hindistan ordusu ardıcıl beşinci gecə Pakistan postlarından kiçik silahlarla atəşə tutulduğunu bildirib, lakin itkilər barədə məlumat verilməyib. Pakistan ordusu isə bu barədə şərh verməkdən imtina edib.

 

Himalay dağlarının uca zirvələri, mənzərəli vadiləri və Muğal dövründən qalan bağları ilə tanınan Kəşmir bölgəsi son illərdə azalan zorakılıq səbəbindən Hindistanın əsas turizm məkanlarından birinə çevrilmişdi. Lakin Pahalgam hücumu yay mövsümünün əvvəlində turistlər arasında panika yaradıb.

 

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə açıqlamasında Hindistanın hərbi müdaxiləsinin qaçılmaz olduğunu və buna hazırlıq məqsədilə qüvvələrin gücləndirildiyini bildirib.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...