Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub. 

 

Sfera.az xəbər verir ki, bu barədə Miçiqan konqresmeni Şri Tanedar sosial şəbəkədə məlumat verib.

 

"Mən prezident Trampa qarşı impiçment maddələri təqdim etmişəm. Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymur, Amerika üçün mübarizə aparmır. O, Amerikanı məhv edir və demokratiyamızı təhlükə altına qoyur", - konqresmen yazıb.

 

Tanedar deyib ki, o, Trampı bir sıra ciddi qanun pozuntularında ittiham edərək, 7 impiçment maddəsi qaldırıb. Ona qarşı irəli sürülən ittihamlar arasında Kilmar Abreqo Garcianın deportasiyası da var, Tanedar bunun səhvən El Salvadora göndərildiyini deyib.

 

Konqresmen həmçinin Trampı Konqresin təsdiqi olmadan Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə ayrı-ayrı dövlət qurumları üçün büdcə xərclərini qanunsuz olaraq azaltmaqda ittiham edir.Tanedar impiçment üçün digər əsaslar arasında Trampın beynəlxalq iqtisadiyyata ziyan vuran aqressiv tarif siyasətini, medianın sıxışdırılmasını, ABŞ Konstitusiyasının Birinci Düzəlişinin pozulmasını (söz azadlığının təminatı), rüşvətxorluğu, məhkəmələrin işinə müdaxiləni və vətəndaşların şəxsi məlumatlarının qeyri-qanuni toplanması kimi faktları göstərib.

 

/Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...