Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dəniz qoruğu yaxınlığında sirli bir daş monolit aşkar ediblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, NOAA-nın 28 günlük dəniz ekspedisiyası zamanı 15 metr hündürlüyündə və 4 metr enində olan bu sütun, dəniz səviyyəsindən 2 040 metr dərinlikdə, Honolulu şəhərindən 1160 dəniz mili şimal-qərbdə yerləşən sualtı bir silsilədə kəşf olunub.


Kəşf anı canlı yayımda izlənilib və tədqiqatçılar arasında təəccüb doğurub. Bəzi alimlər “Bu nəhəng bir qaya, divardır, nədir bu?” kimi suallar verərkən, digərləri onu “baca”ya bənzədiblər.


Araşdırmalar nəticəsində məlum olub ki, bu quruluş əslində vulkanik damar, lavanın digər süxurlar arasına nüfuz etməsi ilə yaranmış bir geoloji strukturdur. Alimlər bildiriblər ki, bu tip damarlara nadir hallarda bu qədər açıq və təmiz formada rast gəlinir.


Merilend Universitetindən geoloq Val Finlayson qeyd edib ki, bu strukturun qeyri-adi cəhəti onun düz səthdən dik şəkildə qalxmasıdır. Onun fikrincə, bu monolit yaxınlıqdakı bir sualtı vulkanın boru sisteminin qalıqları ola bilər.


Daşın səthindəki parıltı isə güclü və davamlı dəniz axınlarının onun üzərini cilalaması ilə izah olunur. Monolitin yaşı hələ müəyyən edilməyib.
Bu qeyri-adi tapıntı elm adamları tərəfindən böyük maraqla qarşılanıb və dəniz geologiyasına dair yeni məlumatların əldə olunacağına ümid verib.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...