ABŞ-də quş qripi yayılır - Hökumət hərəkətə keçdi

ABŞ-də quş qripi yayılır - Hökumət hərəkətə keçdi

ABŞ-də H5N1 quş qripi virusunun yayılması ciddi narahatlığa səbəb olub.
 

Sfera.az “Dailymail” nəşrinə istinadən xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Departamenti virusun yayılmasına qarşı təcili tədbirlər görərək, çiy süd emal edən bütün şirkətlərdən sınaq üçün nümunələri təqdim etməyi tələb edən yeni qaydalar tətbiq edib. Rəsmilər və səhiyyə mütəxəssisləri ölkənin yeni bir pandemiya təhlükəsi ilə üz-üzə olduğunu bildirirlər.


H5N1 virusu bu günə qədər 1000 baş süd verən inək sürüsünə təsir edib və 70-dən çox insanın xəstələnməsinə səbəb olub. 2022-ci ildən bəri isə 12 875-dən çox quş və ev heyvanı virusa yoluxub. Virus ilk dəfə ölüm hadisəsinə bu ilin yanvar ayında Luiziana ştatında səbəb olub. Quş sürüsü ilə təmasda olan və 65 yaşdan yuxarı bir şəxsin ölümündən sonra virusun mutasiyaya uğradığı ehtimal edilir.


Hələ ki, insandan insana yoluxma qeydə alınmasa da, mütəxəssislər virusun eyni vaxtda birdən çox virusa yoluxmuş ev sahibində mutasiyaya uğrayaraq daha təhlükəli bir formaya çevrilə biləcəyini vurğulayırlar. 

 

Qlobal Virus Şəbəkəsinin (GVN) ekspertləri gigiyena tədbirlərinin qeyri-kafi olduğu bölgələrdə quşçuluq sektorunun ciddi risk altında olduğunu bildirirlər. ABŞ-də bu səbəbdən 168 milyondan çox ev quşu kəsilib və bu, ölkədə yumurta qiymətlərinin artmasına səbəb olub. GVN dünya ölkələrini H5N1 virusuna qarşı biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb. GVN-də qrip tədqiqatlarının rəhbəri Peter Palese əhalinin yoluxmuş heyvanlarla təmasdan qaçmasının vacibliyini vurğulayıb. Heyvan virusu üzrə mütəxəssis Ab Osterhaus isə mümkün bir peyvəndin böhranın idarə olunmasında təsirli ola biləcəyini qeyd edib.

 

ABŞ hökuməti Moderna şirkəti ilə 590 milyon dollarlıq müqavilə imzalayaraq H5N1-ə qarşı peyvənd hazırlığına başlayıb. Hal-hazırda təxminən 20 milyon doza peyvənd mövcuddur və ehtiyac yaranarsa, bu rəqəmin 100 milyona çatdırıla biləcəyi bildirilir. Donuzlarda təsadüfi yoluxma hallarının aşkarlanması, virusun yeni bir növünün yaranma ehtimalını da gündəmə gətirib. Mütəxəssislər H5N1 virusunu ətraf mühitə yayılma sürəti və mutasiya potensialı səbəbindən pandemiya təhlükəsi kimi dəyərləndirirlər.

 

Missuri Universitetinin virusoloqu Dr. Marc Johnson bu prosesi “yavaş hərəkətdə pandemiya” adlandıraraq, ABŞ-nin reaksiyasını qeyri-kafi hesab edir. Ekspertlər, COVID-19-un ilk günlərində yaşanan xaosun təkrarlanmaması üçün dövlətlərin bu dəfə daha hazırlıqlı olması vacibliyini vurğulayırlar.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.   Sfera.az bildirir ki, Azə...

Roma Papası erməni katolokisla təkbətək görüşdü

Bu gün Roma Papası XIV Leo Kilikiya Erməni Katolik Evinin katolikos-patriarxı Rafael-Petros XXI ilə təkbətək görüşüb.   Sfera.az xəbər verir ki,...

Azad Şabanovdan möhtəşəm konsert - FOTOLAR

Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.   Sfera.az xəbər verir ki, estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas sə...

Elza Seyidcahandan Roza Zərgərli ilə bağlı suala - REAKSİYA

Əməkdar artist Elza Seyidcahan "Full şou" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, sənətçi məhkəmlik olduğu m...

74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər - Pullarını da oğurladılar

Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, saat 06 radələrində nam...

Dünyanın ən məşhur uşaq yeməyində təhlükə aşkar edildi

Parlaq rəngli qutular, cizgi filmi personajları və dad vədləri uzun müddətdir ki, səhər yeməyi taxıllarını bir çox ailələrdə uşaqlar üçün əsas yemək halına gəti...