Tramp Harvarda yardımı dayandırdı

Tramp Harvarda yardımı dayandırdı

ABŞ Prezidenti Donald Tramp administrasiyası Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq federal maliyyəni dondurduğunu elan edib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qərar Harvardın Ağ Evin antisemitizmlə mübarizəyə dair təqdim etdiyi tələbləri rədd etməsindən sonra verilib.

 

Təhsil Departamentinin yaydığı bəyanatda bildirilib: “Bu gün Harvardın verdiyi qərar ölkəmizin ən nüfuzlu universitetlərində yayılmış narahatedici hüquq zehniyyətini daha da gücləndirir”.

 

Qeyd edək ki, Ağ Ev ötən həftə universitet rəhbərliyinə antisemitizmlə mübarizə məqsədilə idarəetmədə dəyişikliklər, işə qəbul və tələbə qəbulu prosedurlarını əhatə edən geniş tələblər siyahısı göndərmişdi. Lakin Harvard bu siyahını rədd edərək, Ağ Evin universitetlərə nəzarət etməyə çalışdığını bəyan edib.

 

Universitetin prezidenti Alan Qarber bazar ertəsi Harvard ictimaiyyətinə müraciətində bildirib ki, təklif olunan nizamlanma qəbul edilməyəcək: “Biz nə universitetin müstəqilliyindən, nə də konstitusiya hüquqlarımızdan imtina edəcəyik”.

 

Qərarın ardınca Təhsil Departamenti Harvard Universitetinə ayrılan 2,2 milyard dollar dəyərində qrant və əlavə 60 milyon dollarlıq müqavilənin dərhal qüvvəyə minməklə dondurulduğunu açıqlayıb.

 

Bu hadisə, Tramp administrasiyasının siyasətinə qarşı açıq şəkildə dirəniş göstərən ilk böyük ABŞ universitetinin Harvard olduğunu göstərir.

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...