Qadınlardan ibarət heyət kosmosa uçacaq - FOTO

Qadınlardan ibarət heyət kosmosa uçacaq - FOTO

ABŞ-li məşhur pop ulduzu Kati Perri tamamilə qadınlardan ibarət bir heyətlə birlikdə kosmosa səyahət edəcək. Uçuş, "Blue Origin" şirkətinin “New Shepard” adlı kosmik vasitəsi ilə həyata keçiriləcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Perriyə bu uçuşda şirkətin təsisçisi Ceff Bezosun nişanlısı Loren Sançes də daxil olmaqla beş qadın müşayiət edəcək.


Uçuşun bu gün Texasdan, yerli saatla 15:30 radələrində baş tutması planlaşdırılır.


Bu missiya, 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkovanın tarixi səyahətindən sonra, tamamilə qadınlardan ibarət ilk kosmik heyət olacaq.


Avtomatik idarə olunan raket, şaquli şəkildə havaya qalxdıqdan sonra kapsul gövdədən ayrılacaq və paraşütlərlə yerə qayıdacaq.


Təxminən 10 dəqiqə davam edəcək uçuş zamanı heyət üzvləri, kosmosun beynəlxalq sərhədi hesab edilən Karman Xəttini keçəcək və qısa müddətlik çəkisizlik mühitində sərbəst hərəkət edə biləcəklər.


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...