Bu ölkə İsrailə səfərləri qadağan etdi - FOTO

Bu ölkə İsrailə səfərləri qadağan etdi - FOTO

Banqladeş hökuməti İsraillə diplomatik münasibətləri dayandırdığı üçün bu ölkəyə vətəndaşlarının səfərlərini qadağan edən yeni qərar qəbul edib. 13 aprel 2025-ci ildə qəbul edilən qərara əsasən, Banqladeş pasportlarında bundan sonra “Bu pasport, İsrail istisna olmaqla dünyanın bütün ölkələrində keçərlidir” ifadəsi yer alacaq.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən yayımlanan yeni göstərişlə qüvvəyə minən bu qərar vətəndaşların İsrailə səfərini faktiki olaraq qadağan edir.

 

Qeyd edək ki, bu cür ifadə son olaraq 2021-ci ildə pasportlara əlavə olunmuş, lakin ictimai təzyiqlər və beynəlxalq reaksiyalar səbəbilə sonradan çıxarılmışdı.


Banqladeş mediasının verdiyi məlumata görə, bu qərar paytaxt Dəkkədə minlərlə insanın iştirakı ilə keçirilən “Azad Fələstin” mitinqindən dərhal sonra qəbul edilib. Analitiklər bu addımı həm daxili ictimai təzyiqlərin, həm də Banqladeşin beynəlxalq arenada Fələstin məsələsində tutduğu prinsipial mövqenin göstəricisi kimi dəyərləndirirlər.


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...