Tramp Ukraynaya silah tədarükünü niyə bərpa etdi? - Politoloq aydınlıq gətirdi

Tramp Ukraynaya silah tədarükünü niyə bərpa etdi? - Politoloq aydınlıq gətirdi

ABŞ Ukraynaya silah tədarükünü yenidən bərpa edib. Tramp administrasiyası Kiyevlə bağlı siyasətini müzakirə edərkən Ukraynaya silah tədarükünü qısa müddətə dayandırmışdı. ABŞ-nin silah tədarükü Trampın Ukraynaya bütün yardımı kəsmək barədə ilkin planından imtina etməsindən sonra başlayıb. ABŞ-nin Kiyevə silah yardımını davam etdirməsi ilə bağlı Tramp administrasiyasında hələ də fikir ayrılıqları qalır. Bundan əlavə, Tramp Ukraynaya nadir təbii ehtiyatlar qarşılığında yardım təklif etmək istəyir. Bu metalların birgə hasilatı ideyası Ukrayna Prezidenti Volodimir Zelenskinin “qələbə planında” da yer alıb. 

 

Maraqlıdır, Trampın qərar dəyişməsinə əsas səbəb nə oldu? Bu addım Ukrayna və Rusiya arasındakı sülh prosesinə necə təsir edəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Trampın yardımları dayandırmaq cəhdinə ABŞ-nin oturuşmuş sistemi imkan vermədi:

 

“Tramp administrasiyası ilə Rusiya arasında intensiv danışıqlar gedirdi. Görünür, Putin Trampın təkliflərini qəbul etməyib. ABŞ Rusiya konfedensial danışıqları nəticəsiz qaldı. Ona görə də Ağ Ev Ukraynaya hərbi yardımların davam etməsinə qərar verib”.

 

M.Əsədullazadənin sözlərinə görə, Rusiya və Ukrayna arasında yaxın perspektivdə sülh müqaviləsi bağlanması gözlənilmir:

 

“Rusiyanın Trampın şərti ilə atəşkəsə və sülh müqaviləsinə getməsi sual altındadır. Ona görə də Tramp Ukraynaya hərbi yardımları artırmaqla Rusiyanı sülh danışıqlarına məcbur edə bilər. Rusiya tutduğu əraziləri əldə saxlamaqla və NATO-nun 1997-ci il sərhədlərinə çəkilməsi şərti ilə sülhə razıdır. Kremlin bu təklifi Qərbin təhlükəsizlik arxitekturasının dağılması deməkdir”.

 

O vurğuladı ki, prosesin nəticəsi Üçüncü Dünya müharibəsinin baş verməsinə səbəb ola bilər:

 

“ABŞ Ukraynanı Rusiyaya güzəştə gedərsə, NATO parçalanar və Vaşinqtonun beynəlxalq aktor kimi mövqeyi iflasa uğrayar.Həmçinin Çinin Tayvana hərbi müdaxiləsinə gətirib çıxara bilər. Çinin Tayvana hərbi müdaxiləsi isə Üçüncü Dünya müharibəsinin başlaması deməkdir. ABŞ-nin Kremlin şərtləri ilə sülh prosesini reallaşdırması  ilə sülhə getməsi mümkün deyil”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...