Almaniya hökuməti sakinlərə ərzaq ehtiyatı saxlamağa çağırıb


Almaniya hökuməti sakinlərə ərzaq ehtiyatı saxlamağa çağırıb

Almaniyanın İctimai Mühafizə və Fəlakətlərin İdarə Edilməsi üzrə Federal İdarəsi sakinləri işıqların kəsilməsinə hazır olmağa və ərzaq ehtiyatı saxlamağa çağırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “t-online” xəbər portalına idarənin vitse-prezidenti Rene Funk bildirib.

 

“Vətəndaşlara müraciət edirəm: fövqəladə hallara hazır olun, bu da uzun müddət elektrik kəsilməsi ola bilər. Xaricdən kritik infrastruktura hibrid hücumların sayı artır. Biz özümüzü təkcə hərbi cəhətdən deyil, həm də mülki müdafiə və fəlakətlərdən mühafizə sahələrində qorumağı bacarmalıyıq. Hər bir alman ailəsi üç gün özünü qidalandırmaq üçün lazım olan hər şeyə sahib olmalıdır”, - deyə o qeyd edib.

 

O izah edib ki, vacib olanlar elektrik enerjisindən asılı olmayan işıq mənbələri, məsələn, akkumulyatorla işləyən lampalar, şam və ya kibrit, adambaşına gündə 1,5 litr su, 72 saatlıq qidadır.

 

Buraya yemək tələb etməyən konservlər, qoz-fındıq, peçenye və ya simit çubuqları və ya batareya ilə işləyən radio daxil ola bilər. (Report)


OXŞAR XƏBƏRLƏR

May ayının 14 günü ilə bağlı hamıya XƏBƏRDARLIQ

Aprelin sonu və Mayın əvvəlində başlayaraq, 2025-ci ilin May ayı astrologiya baxımından kifayət qədər "sınaq" günlərinə malikdir. Bu zaman çərçivəsind...

Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndir...

Nazir tanınmış cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir An...

Aprel ayının son günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də ...

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb.  İl...