Avropa Bankı faizləri azaltdı


Avropa Bankı faizləri azaltdı

Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi iclasda hər üç əsas faiz dərəcəsini 25 baza bəndi azaltmaq barədə qərar qəbul edib.

 

Sfera.az xəbər verir ki, hazırda depozit dərəcəsi 3 faiz, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 3,15 faiz, marja kreditləşmə dərəcəsi isə 3,4 faiz təşkil edir.

 

Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşür.



AMB bildirir ki, baza inflyasiya məlumatlarının əksəriyyəti inflyasiyanın dayanıqlı əsasda orta müddətli hədəf 2 faiz ətrafında sabitləşdiyini göstərir.
Pul siyasətinin yumşaldılması Avrozonada inflyasiyanın oktyabrda 2 faizdən noyabrda 2,3 faizə qədər sürətlənməsi fonunda baş verib. Bu sürətlənmə gözlənilən idi və aşağı müqayisəli baza ilə izah olunur, çünki bir il əvvəl enerji qiymətlərində kəskin azalma müşahidə olunurdu.



Tənzimləyici 2024-cü ildə avrozonada istehlak qiymətlərinin artım tempinin 2,4 faiz, 2025-ci ildə 2,1 faiz, 2026-cı ildə 1,9 faiz olacağını proqnozlaşdırır.



AMB Aİ ölkələrində iqtisadi artıma dair proqnozlarını azaldıb. Belə ki, 2025-ci il üçün gözləntilər 1,3 faizdən 1,1 faizə, 2026-cı il üçün 1,5 faizdən 1,4 faizə qədər endirilib. 2027-ci ildə isə ÜDM-in 1,3 faiz artacağı gözlənilir. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

May ayının 14 günü ilə bağlı hamıya XƏBƏRDARLIQ

Aprelin sonu və Mayın əvvəlində başlayaraq, 2025-ci ilin May ayı astrologiya baxımından kifayət qədər "sınaq" günlərinə malikdir. Bu zaman çərçivəsind...

Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndir...

Nazir tanınmış cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir An...

Aprel ayının son günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də ...

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb.  İl...