Qadınlar daha çox bu yolla varlanırlar - ARAŞDIRMA

Qadınlar daha çox bu yolla varlanırlar - ARAŞDIRMA

Son onilliklərdə dünyada qadınlar getdikcə daha çox pula nəzarət edir və bu, sərvətlərin idarə edilməsində, xeyriyyəçilikdə böyük dəyişikliklərə yol açır.

 

Sfera.az ABŞ-nin “McKinsey & Co.” təşkilatının araşdırmasına istinadən xəbər verir ki, 2030-ci ilə qədər Amerikada qadınlar investisiya edilə bilən aktivlərin 34 trilyon dollarına və ya təxminən 38 faizinə nəzarət edəcək. Bu məbləğ keçənilki göstəricidən iki dəfə çox olacaq.

 

“McKinsey & Co.” xatırladır ki, on il əvvəl ABŞ-də qadınlar investisiya edilə bilən aktivlərin 7,3 trilyon dollarına nəzarət edirdi.

 

Bəs qadınlar daha çox necə varlanır?

 

Araşdırma göstərir ki, qadınlar, əsasən, valideynlərin və həyat yoldaşlarının dünyasını dəyişməsindən sonra qalan miras hesabına, eləcə də boşanmadan sonra qalan miras hesabına və karyerada əldə olunan uğur hesabına varlanırlar. Müəyyən olunub ki, qadınların gəlirinin artması onları ev təsərrüfatlarının maliyyə başçılarına çevirir və maliyyə qərarlarının qəbulunda liderlik rolunu öz üzərinə götürmələrinə imkan verir. Bu, 50 il əvvəl təkbaşına bank hesabı və ya kredit kartı aça bilməyən ABŞ qadınları üçün böyük dəyişiklikdir. İndi dünyada yüzlərlə böyük sərvəti olan qadın var. Onların arasında milyarderlər də çoxdur. Son məlumatlara əsasən, dünyada olan milyarderlərin 62-ci qadındır və onların ümumi sərvətinin dəyəri 9,9 trilyon dollardır. Bu məbləğ bütün milyarderlərin sərvətinin 11 faizini təşkil edir. Amma hələ kişilərlə ciddi fərqlər qalır. ABŞ-nin 500 ən böyük şirkətinin rəhbərlərindən yalnız 41-i qadındır.

 

Bununla belə, araşdırma göstərir ki, daha çox qadın dünyanın ən zənginləri sırasına qoşulduqca, pulun idarə edilməsi tədricən qadınların nəzarətinə keçir. Varlı qadınların sayının artması xeyriyyə təşkilatlarının gəlirlərinin də artmasına səbəb olub.

 

Məlumatlara görə, hər yaşda olan qadınlar xeyriyyə təşkilatlarına kişilərdən daha çox ianə verməyə meylli olurlar. Buna görə də son illərdə xeyriyyə təşkilatlarının ianə yığımlarında ciddi artımlar var.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...