800 illik vulkan püskürüb: Yerdə bir neçə kilometrlik çat əmələ gəlib

800 illik vulkan püskürüb: Yerdə bir neçə kilometrlik çat əmələ gəlib

İslandiyanın paytaxtı Reykyavik yaxınlığındakı Reykjanes yarımadasında son üç ildə onuncu dəfə vulkan püskürüb.

 

Sfera.az bildirir ki, vulkan 800 il "yatıb". 2021-ci ildə oyanan və ümumilikdə 10 dəfə püskürən vulkanın sonuncu püskürməsi təkcə 2024-cü ildə altıncıdır .

 

Qeyd edək ki, İslandiya Avrasiya və Şimali Amerika tektonik plitələri arasındakı qırılma xəttində yerləşir və onu geyzerlərlə seysmik qaynar nöqtəyə çevirir. İslandiya meteoroloji xidmətinin məlumatına görə, bu dəfə maqma yer qabığını yarıb və yerdə nəhəng çat əmələ gətirib. Çatın uzunluğunun hazırda təxminən 3 km olduğu təxmin edilir.

 

Səlahiyyətlilər əvvəllər Reykyavikdən təxminən 30 km cənub-qərbdə Reykjanes yarımadasının altında maqma toplandığı və vulkanik fəaliyyətlə bağlı xəbərdarlıq etmişdilər. Lakin seysmik aktivlikdə nəzərəçarpacaq artım müşahidə olunmayıb. Sonuncu püskürmə sentyabrın 6-na kimi bitməmişdi.  

 

Buna baxmayaraq, vulkan səbəbindən daim evlərini tərk etmək məcburiyyətində qalan 50 evin sakinləri yenidən təxliyə edilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...