100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü

100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü

“Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

 

Bu barədə Sfera.az-a Audiovizual Şuradan verilən məlumatda deyilib.

 

Bildirilib ki, aparılan mütəmadi monitoriqlər nəticəsində platforma operatorları olan “Artkom.Net” MMC, “Boss Group” MMC və “Shakh Telecom” MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən 19-20 noyabr 2024-cü il tarixlərində inzibati xəta haqqında protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.

 

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Zaur Askenderovla görüşdü

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq et...

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.   Sf...

Şimali Koreya Rusiyaya əlavə qoşunlar və hərbi texnika göndərəcək - "Yonhap"

KXDR Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya əlavə qoşunlar, eləcə də hərbi texnika və kamikadze dronları göndərməyə hazırlaşır.   Sfera.a...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir: &nbs...

AKTA-dan tanımadığımız şəxslərin göndərdiyi linklərlə bağlı XƏBƏRDARLIQ – Hesabınız ələ keçirilə BİLƏR

Cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təş...

“Fənərbağça” təcrübəli basketbolçu ilə yollarını ayırdı

Türkiyənin “Fənərbağça” basketbol komandasında ayrılıq gerçəkləşib.   Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanb...