Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub. Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən uzun qadını Rumeysa Gelgin ilə görüşüb.

 

Sfera.az bildirir ki, görüş Ginnesin Rekordlar Kitabının 70 illik yubileyinə həsr olunub. Bir stəkan çay süfrəsi arxasında söhbət zamanı qadınlar özünəməxsus fiziki xüsusiyyətləri ilə yaşamaq təcrübələrini bölüşüblər.

 

Qeyd edək ki, Aktrisa Cyoti cırtdanlığın bir forması olan axondroplaziya xəstəliyindən əziyyət çəkir. Axondroplaziya normal bədən uzunluğu ilə birlikdə qısaldılmış əzalarla xarakterizə olunan genetik bir xəstəlikdir.

 

Veb-dizayner Rumeysa isə böyümənin sürətlənməsinə və skelet deformasiyalarına səbəb olan Weaver (Uiver) sindromuna malikdir. Hər iki qadın yeni Ginnesin Rekordlar Kitabının İkonlar bölməsinə daxil edilib.

 

"Mən özümdən çox uzun olan insanlara baxmağa öyrəşmişəm, amma bu gün məmnuniyyətlə başımı qaldırıb baxdım ki, Rumeysa gözəl insandır, onunla ünsiyyətdə özümü çox rahat hiss edirdim" - dedi Cyoti bildirib. 

 

Veb-dizayner kimi çalışan Rumeysa böyümənin sürətlənməsinə və skelet deformasiyalarına səbəb olan Uiver sindromundan əziyyət çəkir. Əlil arabasından istifadə etsə də, gəzdiricinin köməyi ilə ayaq üstə dayana bilir. O, təəssüratlarını bölüşüb:

 

"Boy fərqimizə görə bəzən göz təması qurmaq çətin olurdu, lakin Cyoti ilə görüş inanılmaz idi. Biz çoxlu ortaq cəhətlər tapdıq - makiyaj, şəxsi qulluq və manikür sevgisi".

 

Hər iki rekordçu yeni Ginnesin Rekordlar Kitabının İkonlar bölməsinə daxil edilib. Onlarla yanaşı digər qeyri-adi rekordçular da : dünyanın ən uzun adamı, 251 santimetrlik türk fermer Sultan Kösen və 13 metrə çatan ən uzun dırnaqları olan amerikalı Diana Armstronq da bu siyahıda var. 

 

Kitabın redaktoru Kreyq Qlendey deyib: 

 

"İkonalar bölməsi hər birimizin unikallığını qeyd etmək və dünyamızın nə qədər müxtəlif ola biləcəyini göstərmək üçün nəzərdə tutulub".

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Zaur Askenderovla görüşdü

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq et...

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.   Sf...

Şimali Koreya Rusiyaya əlavə qoşunlar və hərbi texnika göndərəcək - "Yonhap"

KXDR Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya əlavə qoşunlar, eləcə də hərbi texnika və kamikadze dronları göndərməyə hazırlaşır.   Sfera.a...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir: &nbs...

Tanımadığımız şəxslərdən gələn linklərlə bağlı AKTA-dan XƏBƏRDARLIQ — Hesabınız ələ keçirilə BİLƏR

Cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təş...

“Fənərbağça” təcrübəli basketbolçu ilə yollarını ayırdı

Türkiyənin “Fənərbağça” basketbol komandasında ayrılıq gerçəkləşib.   Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanb...