Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Hadisə
18:21 / 21.11.2024
5487
Bakıda tikintidə bədbəxt hadisə olub.
Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
Buradakı tikililərdən birində usta işləyən 69 yaşlı Əlisəfa Qiyas oğlu İbrahimov hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.