ŞOK! Namiq Qaraçuxurlu veriliş vaxtı niyə çıldağlıq oldu? - FOTO

ŞOK! Namiq Qaraçuxurlu veriliş vaxtı niyə çıldağlıq oldu? - FOTO

 

17-18 dekabr tarixində "Oyan, Azərbaycan" proqramının aparıcısı Firuzə Cəlilova Xəzər TV-nin tamaşaçılarını həm şən, həm də düşündürücü ovqata köklədi. Firanın maraqlı həmsöhbətləri, musiqili sürpriz qonaqları və onlarla yaşanan əyləncəli dəqiqələr, müxtəlif problemlərə dair müxbirlərin verdiyi SOS siqnalları tam hədəfinə çatdı.

Milli.Az bildirir ki, çox zaman sırf yaxınlarımızın xahişini yerə salmamaq xatirinə zaminlik müqaviləsini imzalayır, ona yaxşılıq etdiyimizi düşünürük. Lakin bu xeyirxahlıq duyğusu bankdan bizə gələn elə ilk zəngdən sonra qeybə çəkilir. Məlum olur ki, cavabdeh, yəni zamin durduğunuz və bu qədər inandığımız şəxs xeyli müddətdir ki, krediti ödəmir. Nə edəsən? Zaminlikdən imtina praktikası varmı? Bu məsələni Sərvər Abdullayev Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla "Haqqım var" rubrikasında araşdırıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri  Tanrıverdi Mustafayev canlı efirdə çoxsaylı tamaşaçıların işıq pulu artımı ilə bağlı suallarını ətraflı cavablandırıb. Populyar fotoqraf Mirnaib Həsənoğlu isə uğurlarını, sənətdə davamçısı gördüyü qızı ilə bağlı planlarını "Uğur düsturu" rubrikasında İsmayıl Quliyevlə bölüşüb.

Qısa müddət ərzində çəki atmaq çoxlarının arzusudur. Lakin bu zaman hansısa nahiyədə sallanmaların olması ciddi narahatlıq doğurur. Bəs nə etməli? "Best GYM" idman klubunun populyar fitnes - treneri Kənan Cəlilov bunun sirlərini hər həftə "Möhkəm ol" - rubrikasında açaraq, hamını sağlam həyat tərzinə səsləyir. Cəmi 4-6 ay ərzində 50-60 kq-dək çəki atmaq istəyən, üstəlik sağlamlığı ilə bağlı heç bir problem yaşamaq istəməyən xanımlar və bəylər - gözünüz "Oyan Azərbaycanda" olsun.

Namiq Qaraçuxurlu səhər efirində əsil "Axşam əməliyyatına" məruz qaldı. Çünki 100.5 FM - in əməliyyatçıları studiyada idilər. "Qızı yola gətirmək üçün nə edərdin?" - sualı populyar meyxanaçını çaş-baş qoydu. Bu arada veriliş zamanı reklam blokunu xatırladan səs Namiqi bir az da təəccübləndirdi: "Bu nədir, lap çıldaqlıq oldum ki..." - deyən Namiq habelə nə zamansa radio - aparıcısı olmaq arzusunu da bildirdi. Növbəti günün qonaqları müğənni Yaşar Yusub, tanınmış PR mütəxəssilər Günay Malikqızı və Günay Novruzqızı oldu. G.Malikqızı həmkarı ilə harasa gedərkən, adaş olduqlarına görə aralarında arzu tutmaq üçün bəzən az qala növbələrin yarandığını deyərək, yarızarafat-yarıgerçək "Bunu hətta biznesə də çevirmək olar" dedi. Firuzə Cəlilova isə məqamı qaçırmayıb, "Neçə vaxtdır, bir məsələnin baş tutmasını istəyirdim. Əla oldu, gəldiniz, ilk arzunu tutacağam" deyə Günayların arasında durdu.

Qeyd edək ki, Trend.Az, Day.Az, Milli.Az -ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıları Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzova, rejissoru Sevinc Novruzova, koordinatoru Gülnar Məmmədovadır. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.


OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...