Son 3 ildə ən çox bu məhsullar BAHALAŞIB - QİYMƏTLƏR

Son 3 ildə ən çox bu məhsullar BAHALAŞIB - QİYMƏTLƏR

Azərbaycanda son 3 ildə (2021-2023-cü illər) ən çox bahalaşan məhsullar tərəvəzlər olub.

 

Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, üç il ərzində tərəvəzlərin ümumi dəyəri 124,8 faiz, yəni 2,25 dəfə artıb. Tərəvəzlərin dəyəri daha çox 2022-ci ildə yüksəlib.

 

Qeyd edilən dövrdə tərəvəzlərin ümumi qiymət səviyyəsi 2021-ci illə müqayisədə 56,1 faiz artıb. Bununla belə 2021 və 2023-cü illərdə də tərəvəzlərdə bahalaşma sürəti aşağı olmayıb. Tərəvəzlərin qiymət səviyyəsi 2021-ci ildə 24,7 faiz, 2023-cü ildə 15,5 faiz artıb.

 

Üçillik bahalaşmadan sonra əhalinin xərclərində tərəvəzlərə ayrılan vəsait kəskin şəkildə yüksəlib. 2020-ci ildə 100 manata alınan tərəvəz məhsullarını 2023-cü ilin sonunda almaq üçün 225 manat lazım gəlib.

 

Qeyd edək ki, məhz tərəvəzlərdəki belə bahalaşmaya görə ərzaq qiymətləri də üç il kəskin şəkildə artıb və yalnız tərəvəzlərdə qiymət artımının səngiməsi ümumən ərzaq qiymətlərindəki sürətli artımı dayandırıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...