Dünyada hava hücumundan müdafiə sistemləri BAHALAŞIR - QİYMƏTLƏR

Dünyada hava hücumundan müdafiə sistemləri BAHALAŞIR - QİYMƏTLƏR

İspaniya hökuməti Norveçin “Kongsberg Defence & Aerospace” korporasiyası ilə NASAMS III hava hücumundan müdafiə sisteminin alışı ilə bağlı müqavilə imzalayıb. Müqavilənin dəyəri 410 milyon avro (756 milyon manat) təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.

 

Nəşrə danışan mütəxəssislərin rəyinə əsasən, bu qiymətə belə bir hava hücumundan müdafiə sisteminin alınması “dəlilik"dir. Onların fikrincə, NASAMS kimi orta mənzilli hava hücumundan müdafiə sisteminə bu qədər pulun verilməsi dövlətlərin hava hücumundan qorxmasının göstəricidir.

 

Bu qorxu ilə əlaqədar olaraq dövlətlər hava hücumundan müdafiə sistemlərinə getdikcə daha çox pul xərcləyirlər. Xüsusən real hərbi əməliyyatlar zamanı özünü doğruldan sistemlərə böyük tələbin yaranması müşahidə olunur.

 

Xatırladaq ki, 2023-cü ildə NASAMS-ın dəyəri 215 milyon dollar (365 milyon manat) səviyyəsində idi. Bir il ərzində qiymətlərin bu qədər qalxmasını mütəxəsislər dünyada hava hücumundan müdafiə sistemlərinə tələbin nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirdiyini bildiriblər. Ukrayna 2022-ci ildən NASAMS sistemlərinə sahibdir və onların vasitəsilə indiyə qədər çoxlu sayda raket və pilotsuz uçuş aparatı (PUA) vurulub. Bu sistemlərlə 50 km uzaqlıqda olan hədəfləri vurmaq mümkündür.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...