Əli Əsədov “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə GÖRÜŞDÜ

Siyasət
16:38 / 06.06.2024
4485
İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Sfera.az-a verilən xəbərə görə, görüşdə “Knauf” şirkətinin Azərbaycanda uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verilib.
Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.