ABŞ səfiri: "Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük addım atılıb"

Dünya
14:37 / 06.06.2024
3498
“Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük bir addım atılıb”.
Sfera.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk bildirib.
“Bu gün Türkiyənin ən son nəsil F-16 Block 70 döyüş təyyarələrinin alınması və mövcud F-16 donanmasının modernləşdirilməsi istiqamətində mühüm addım atılıb. Bu, ABŞ-nin milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır”, - deyə səfir vurğulayıb.
Türkiyə Müdafiə Nazirliyindəki mənbələr isə ABŞ-dən F-16 Blok-70 və modernizasiya dəstləri və digər material, sursat və avadanlıqların satınalma prosesinin daha əvvəl elan edilən cədvələ uyğun olaraq davam etdiyini qeyd edib.