"Onları bloklayın!" - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

Hazırkı dövrü internetsiz təsəvvür etmək mümkün deyil. Bu resursun faydaları ilə yanaşı, fəsadlarını da görürük. Son günlər ölkədə kibercinayətin qurbanlarının sayının durmadan artması da buna misaldır. Təəssüf ki, bu gün hər kəsin ətrafında bu cür aldadılan insanlar var. Baxmayaraq ki, bu istiqamətdə mütəmadi olaraq xəbərdarlıqlar edilir, maarifləndirmə işləri aparılır.

 

Maraqlıdır, kiberrisklər necə idarə oluna bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib ki, kiberməkanda hər şey sual altındadır. Onun sözlərinə görə, hazırda bu istiqamətdə o qədər fərqli metodlar var ki, diqqətli olmaq şərtdir. Qurum rəsmisi bildirib ki, kibercinayətkarlıq sərhədsizdir:

 

“Yayımlanan son hesabata görə, növbəti beş il ərzində kibercinayətkarlığın dünya ölkələrinə vurduğu zərər 15 faiz artaraq,  2025-ci ilə qədər təqribən 10,5 trilyon dollara çatacaq. Kibertəhlükədən qaçış, sıfır etibar -  “heç vaxt etibar etmə, həmişə yoxla” prinsipi geridə qalıb. Buna mütəxəssislərin əlavəsi var. İnsan internetdə “heç vaxt etibar etmə, həmişə yoxla və yenidən yoxla" prinsipinə uyğun davranmalıdır, əks halda cinayətkarlığın qurbanı olacaq”.

 

E.Hacıyev sözügedən metodun tətbiqindən də söz açıb:

 

“Yəni bunu tətbiq edərkən, şəbəkənizə daxil olan — zəng edən, mesaj yazan, link göndərən, investisiya təklif edən, ucuz məhsul satan, qazanc vəd edən, iş təklif edən, valyuta dəyişən, “beh” verən hər bir istifadəçinin şəxsiyyəti yoxlanılmalıdır. Yoxlaya bilmirsinizsə, bloklayın. Pulu oğurlanan insanları unutmayın”.

 

Günay  


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...