Tovuzda çayda tapılan meytin kimliyi MÜƏYYƏN EDİLDİ

Hadisə
12:40 / 06.06.2024
4955
Tovuz rayonunda çayda tapılan meytin kimliyi müəyyən edilib.
Sfera.az-ın report-a istinadən məlumatına görə, meyit Düz Cırdaxan kənd sakini, 1950-ci il təvəllüdlü Valeh Rüstəmova aid olduğu müəyyən edilib.
Xatırladaq ki, meyit Tovuz şəhərində olan parkların birinin yaxınlığından axan çayda aşkarlanmışdı.
Faktla bağlı araşdırma aparılır.