Azərbaycanda ağır YOL QƏZASI: Ölənlər var - FOTO - YENİLƏNDİ

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan doqquz nəfər (səkkiiz qadın, bir kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara müxtəlif bədən nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda xəsarət alanlardan üç nəfərin vəziyyəti orta ağır, altı nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.
***
11:20
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.