Rusiyalı kosmonavt yeni rekorda İMZA ATDI

Rusiyalı kosmonavt yeni rekorda İMZA ATDI

Rusiya Kosmik Agentliyinin (Roskosmos) kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Yerə yaxın kosmosda qalmaq üzrə yeni rekorda imza atıb.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, o, ümumilikdə 1000 gün kosmosda olub.

 

Astronavt özü hesab edir ki, bu, kosmik tibb elminin inkişafına və gələcək planetlərarası uçuşlara hazırlığa mühüm töhfə olacaq. Onun sözlərinə görə, uzunmüddətli uçuşlar gələcək planetlərarası missiyalar üçün lazım olan insan imkanları haqqında anlayışı genişləndirməyə kömək edir.

 

O həmçinin işindən qürur duyduğunu və kosmik tədqiqatların davamlı inkişafına inamını ifadə edib.


Kononenko qeyd edib ki, bu rekorda nail olmaq 15 illik peşəkar hazırlıq sayəsində mümkün olub. O, hazırda karyerasının bu ilin sentyabrında başa çatacaq beşinci kosmik missiyasındadır.

 

Qeyd edək ki, iyunun 21-də o, kosmosda 60 illik yubileyini qeyd edəcək və bir il davam edən ekspedisiyanı başa vurduqdan sonra kosmosda qalma müddəti 1110 gün olacaq.

 

21 iyun 1964-cü ildə Türkmənistan SSR-in Çardjou şəhərində (indiki Türkmənabad, Türkmənistan ) anadan olan Oleq Kononenko kosmosa ilk uçuşunu 2008-ci ilin aprelində "Soyuz TMA-12" kosmik gəmisi ilə BKS-ə edib.

 

İlk ekspedisiyadan qayıtdıqdan sonra Rusiya Federasiyasının Qəhrəmanı və Rusiya Federasiyasının pilot-kosmonavtı titullarına layiq görülüb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...