Rabitəbankın rəhbərliyi "Money20/20" tədbirində iştirak edir - FOTO

Rabitəbankın rəhbərliyi

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov, İdarə Heyəti sədrinin müavini Ramil Nasibov və Baş direktoru Ziya Nuriyev Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən "Money20/20" tədbirində iştirak edir. Minlərlə sənaye mütəxəssisinin qatıldığı yarmarka bankçılıq, ödənişlər, “fintech” startapları və elektron pul sektorlarından əsas maraqlı tərəfləri bir yerə toplayıb.

 

Sənaye liderlərinin, innovatorların və startapların bir araya gəldiyi tədbir şəbəkələşmə, bilik mübadiləsi və maliyyə dünyasında ən son tendensiyaları və gələcək inkişafları müzakirə etmək üçün mühüm platformadır. Sərgi sənaye liderlərinin potensial tərəfdaşlar, investorlarla əlaqə saxlamaq və onların ideyaları ilə bağlı rəy alması üçün imkanlar yaradır.

 

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...