Azərbaycan və Dünya Bankı əməkdaşlıq məsələlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan və Dünya Bankı əməkdaşlıq məsələlərini MÜZAKİRƏ ETDİ

İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə görüşdə əməkdaşlığın inkişafı müzakirə edilib.

 

Sfera.az bu barədə nazirliyə istinadən xəbər verir.

 

Məlumata görə, nazir müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə makroiqtisadiyyat, ticarət və investisiya sahələrində praktika meneceri Antonio Nusifora ilə görüşüb.

 

Görüşdə Dünya Bankı ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, Dünya Bankı ilə Azərbaycanda investisiya mühitinin əlverişliliyinin daha da artırılması, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı və başqa istiqamətlər üzrə faydalı işbirliyi ölkəmizin inkişaf hədəflərinə nail olunmasına töhfə verir.

 

Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə aparılan iqtisadi islahatları beynəlxalq maliyyə qurumları da dəstəkləyir, Azərbaycanın iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafın stimullaşdırılmasında mühüm rol oynayır.

 

Tərəflər ticarətin şaxələndirilməsi, “yaşıl keçid”, iqlim, COP29 və digər məsələlərlə bağlı əməkdaşlığın inkişafını müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...