Aleksandr Stubb və Nikol Paşinyan arasında telefon danışığı OLDU

Dünya
16:43 / 04.06.2024
2071
Ermənistanın baş naziri Nikol Paşinyan Finlandiya prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.
Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan sülh prosesi və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
N.Paşinyan və A.Stubb Ermənistan-Finlandiya münasibətlərinin gələcək inkişafı və genişləndirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.