Ölən körpə məşhur meyxanaçının oğlu imiş - YENİLƏNDİ - FOTO

Ölən körpə məşhur meyxanaçının oğlu imiş - YENİLƏNDİ - FOTO

Lənkəranda doğuş zamanı ölən körpə tanınmış meyxanaçının övladı imiş. 

 

Sfera.az lent.az-a istinadən bildirir ki, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) övladı olub. 

 

Körpənin ölümü ilə bağlı araşdırma aparılır.

 

***

 

15:00

 

Lənkəranda bu gün səhər saatlarında doğulan körpə ölüb.

 

Sfera.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Lənkəran Perinatal Mərkəzdə qeydə alınıb.

 

Yaxınlarının dediyinə görə, qeysəriyyə yolu ilə dünyaya gələn körpənin səhhətində heç bir problem olmayıb.

 

Daha sonra səhhətində problem yaranan körpə dərhal əməliyyata götürülüb və orada ölüb.

 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri bilinəcək.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...