Türkiyədə mədəndə çökmə OLDU - 2 nəfər yerin altında qaldı - YENİLƏNDİ

Dünya
16:37 / 04.06.2024
6046
Türkiyənin Zonguldak bölgəsində mədənin çökməsi nəticəsində torpaq altında qalan iki işçi xilas edilib.
Sfera.az report-a istinadən xəbər verir ki, mədən işçiləri Tevfik Soy və Harun Kara torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Tevfik Soy həkimlərin səylərinə baxmayaraq, vəfat edib.
***
14:42
Türkiyənin Zonguldak bölgəsində mədəndə çökmə baş verib.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 2 nəfər yerin altında qalıb.
Bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.