Hava limanında bir nəfər təyyarənin mühərrikinə girərək intihar etdi

Amsterdamın “Schiphol” hava limanında ölümlə nəticələnən insident baş verib. Bir nəfər təyyarənin mühərrikinə girərək ölüb.
Sfera.az bildirir ki, onun işçi, yoxsa sərnişin olduğu hələlik məlum deyil. Polis bunun intihar olduğunu istisna etmir. Daşıyıcısı şirkət faciə baş verən zaman sərnişinlərin Danimarkanın mərkəzində Billund şəhərinə uçan təyyarənin göyərtəsində olduqlarını bildirib. Eyni zamanda yerli media da hadisənin intihar olma ehtimalını yazıb.
"Hadisə günortadan sonra Şipholda bir nəfərin işləyən təyyarə mühərriki tərəfindən vurulması nəticəsində baş verib. Naməlum şəxs hadisə yerində ölüb"- Hollandiya Kral Hərbi Polisi bildirib.
Polis əlavə edib ki, hadisənin başvermə şəraiti araşdırılır. Həmin şəxsin sərnişin və ya işçi olduğu məlum deyil.
Təyyarənin göyərtəsində olan televiziya işçiləri də bildiriblər ki, hadisə qəzadan çox intihara oxşayır.
Polis qurbanla bağlı hər hansı təfərrüat verməyib. Belə hallarda yalnız DNT analizinin kömək edə biləcəyi barədə jurnalistlərə məlumat verilib.
Məlumata görə, ekipaj gəmidə təhlükəsizlik təlimatları verərkən kimsə mühərrikə tullanıb.
"Dəhşətli səs-küy və çoxlu tüstü var idi"- deyə hadisə şahidləri bildiriblər.
Hərbi polisin məlumatına görə, ekipaj təyyarəni endirib və sərnişinlər evakuasiya edilərək, tibbi yardım göstərilib. Sərnişinlərim çoxu baş verənləri görüb travma alıb.
Avropanın ən işlək aviasiya mərkəzlərindən biri olan “Schiphol Hava Limanı” da yayımlanan reportajda baş verən hadisəni görünməmiş dəhşət adlandırıb.
Qeyd edək ki, hava limanlarında oxşar hadisələr tez-tez baş verir. Belə ki, 2022-ci ilin dekabrında Alabama ştatının Montqomeri Regional Hava Limanında hava limanının işçisi qəza nəticəsində həlak olub.
Bundan əlavə regional hava yolu şirkəti “Envoy Air”ə məxsus Embraer 170 təyyarəsinin mühərriki işə düşən zaman dayanacaq əyləci işə salınmış halda, işçi də qapıda qalıb".
2015-ci ilin dekabrında Mumbay hava limanında bir mühəndis “Air India” təyyarəsinin mühərrikinə sovrularaq ölüb.
“Air India” sözçüsü o zaman bildirib ki, ölümlə nəticələnən insident təyyarə dayanacaqdan geri çəkilərkən baş verib. Mərhum mühəndis təyyarənin burnunun altındakı şassənin yanında dayanaraq prosesi izləyirmiş.
Aynil
Sfera.az