Qəzzada mobil rabitə kəsilib

Dünya
00:45 / 31.05.2024
11806
Qəzza zolağının cənubundakı Rəfah şəhərində mobil rabitə fəaliyyətini dayandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Fələstin provayderi "Cəvval" məlumat verib.
Şirkətin sosial şəbəkələrdə dərc olunmuş bəyanatında deyilir: “Biz davam edən menaqişəyə görə Rəfah şəhərində mobil rabitənin dayandırıldığını təəssüflə bildiririk”.
"Cəvval" işçilərinin hazırda xidməti bərpa etmək üçün səy göstərdiyi də öyrənilir.
Bundan əvvəl İsrail tanklarının Rəfahın mərkəzinə daxil olması barədə məlumatlar peyda olmuşdu, lakin daha sonra bəzi KİV-lər İsrail ordusunun Qəzza zolağının Misirlə sərhədindəki bufer zonasına nəzarət etdiyini bildirib.
İnci
sfera.az