Elmar Məmmədyarovla türkiyəli qonaq arasında Şuşada MARAQLI DİALOQ: “Mən tarixdə qalmışam” - VİDEO

Elmar Məmmədyarovla türkiyəli qonaq arasında Şuşada MARAQLI DİALOQ: “Mən tarixdə qalmışam” - VİDEO

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov və mədəniyyat naziri Əbülfəs Qarayevin Şuşadan videosu yayılıb.

 

Sfera.az xəbər verir ki, onlar Ankara və Bursadan gələn Türkiyə nümayəndə heyəti ilə Cıdır düzündə gəzərək söhbət ediblər. Söhbət əsnasında Elmar Məmmədyarov nazir kimi tanıdılmasına “keçmiş, keçmiş nazir, mən tarixdə qalmışam” deyərək reaksiya verib. Türkiyəli qonaqlardan biri isə  Məmmədyarovun bu fikrinə “olsun, sizin də əməyiniz böyükdür” şərhini verib. 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli görüntülü zəng vasitəsilə professor, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Erenle danışıb. Bədəlbəyli ilə Eren arasında maraqlı dialoq yaranıb. Daha sonra nümayəndə heyəti Şuşanı çox bəyəndiklərini, gördükləri qonaqpərvərlik və mehriban davranışdan məmnun qaldıqlarını bildiriblər. Sonda Səxavət Ələsgərli qonaqlar üçün milli musiqimizdən olan “Anadır arzulara hər zaman Qarabağ” mahnısı oxuyub. Qardaş ölkənin nümayəndə heyəti Ələsgərlinin ifasını alqışlarla müşayiət edib.

 

Orxan

 

 


OXŞAR XƏBƏRLƏR

Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndir...

Nazir tanınmış cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir An...

Aprel ayının son günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də ...

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb.  İl...

29 Aprel Beynəlxalq Rəqs Günüdür

Hər il 29 aprel tarixində bütün dünyada Beynəlxalq Rəqs Günü qeyd olunur. Bu gün təkcə səhnə sənətinin bir növü olan rəqsi təbliğ etmək məqsədi daşımır – ...