Banklar may ayında nə qədər dollar alıb? - RƏSMİ MƏLUMAT

İqtisadiyyat
13:32 / 30.05.2024
5048
2024-cü ilin mayında bankların valyuta hərraclarında aldıqları dolların məbləği bəlli olub.
Sfera.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, banklar ay ərzində 558,6 milyon dollar dəyərində xarici valyuta alıblar.
May ayında bankların xarici valyutaya tələbinin azalması müşahidə edilib. Apreldə banklar daha çox, yəni 623,4 milyon dollar almışdılar.
Ümumilikdə, bu ilin ilk 5 ayında keçirilən hərraclarda bankların aldığı valyutanın məbləği 2 milyard 968 milyon dollara çatıb.
Vasif