"Maşın" şou yenidən başlayır

Əməkdar artist Murad Dadaşovun "Maşın” realiti-şousu yenidən başlayır. 

Bu haqda şoumen axşam.az-a açıqlamasında deyib. O bildirib ki, veriliş haqda onlara çoxlu məktublar gəlir:

"Bir neçə gün əvvəl hələ bu qərarı verməmişdik. İki gün qabaq şirkətdə oturub danışdıq və qərar verdik ki, "Maşın” şounu edək. Bizə həddindən çox məktublar gəlir. Əminəm ki, bu dəfə daha dəhşətli olacaq. Bilmirəm məşhurlar olacaq, ya necə. İndi tanınmışlarla işləmirəm və mənə çox rahatdır (gülür)”.

ATV-də yayımlanan "Davam, ya tamam” verilişindən danışan M.Dadaşov onunla bir çox tamaşaçını efirə bağladığını söyləyib:

"Çox adam qalmaqal gözləyirdi. Amma onlara izah edirəm ki, bu layihədə qalmaqal yoxdur. Həm mən qalmaqaldan qaçan adamam. "Maşın” şouda belə elə hadisələr yaşanırdı ki... Çoxları deyirdi bunu ver reytinqlidir, vermirdim. Axı tamaşaçı buna görə bizi qınayacaq. "Davam, ya tamam” layihəsi ilə efirdən qaçan tamaşaçıları geri qaytaracam. Bəziləri qalmaqaldan yorulub, efiri izləmir. İndi onlar bizə baxırlar. Həm də indiki zəmanədə pul hamıya lazımdır. Bizdə isə pulsuz heç kim getmir. Ona görə də diqqət çəkirik".

OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...