“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik təhdidlərini artırır”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.

 

O, ABŞ-nin Ukrayna ordusunun Rusiyadakı hədəflərə qarşı raketlərdən istifadə etməyəcəyinə dair verdiyi vədlərə inanmadığını bildirib:

 

"Bu cür yalanlara kim inana bilər? Kiyev cinayətkarlarının çoxsaylı terror aktlarına necə göz yummaq olar? Xəstəxanalara, məktəblərə, uşaq bağçalarına, körpülərə və hətta öz hərbçilərinə ölümcül zərbələr endirirlər”.

 

O xatırladıb ki, Rusiya qüvvələri artıq bir neçə “ATACMS” raketini vurub və bunu davam etdirəcək: 

 

“Nə bu raketlər, nə də digər silahlar Rusiya Federasiyasını məğlub etməyə kömək edə bilməz”.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR