Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

54 yaşlı amerikalı müğənni Cennifer Lopez və 51 yaşlı “Oskar” mükafatlı aktyor Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar.

 

Sfera.az bildirir ki, iki ildən az bir müddətdə ailə həyatı quran cütlük hazırda birlikdə yaşamırlar. Hər şeyin səbəbi isə işdir. Aktyor Los-Ancelesdədir və burada “Auditor” filminin davamının çəkilişləri aparılır. Cennifer isə Nyu Yorkda qalır. 2021-ci ildə münasibətlərinin bərpasından sonra ilk dəfədir ki, cütlük bu qədər uzun müddət ayrı yaşayır.

 

Cenniferin karyerasındakı uğursuzluqlar və keçmiş şəxsi həyatı onun problemlərini artırır.

 

JLo daim diqqət, sevildiyini və pərəstiş edildiyini görmək istəyir. Öz növbəsində, Afflek də həyat yoldaşının davamlı şikayətlərini sevmir, ona görə də əhvalı pozulur.


"Onların bal ayı dəqiq bitib" deyə mənbə əlavə edir.

 

Məsafə və Ben Afflekin yeni layihəsinə əlavə olaraq Cenniferin karyerasındakı uğursuzluqlar ard-arda gəldi. Onun son albomu və sənədli filmi ümidləri doğrultmadı. Müğənninin keçmiş sevgilisi Şon Kombs isə insan alveri və narkotik istifadə etməkdə ittiham olunur.

 

"Onlar Cenifferi saxta, narsist və ətrafındakı real dünyaya qulaq asmayan adlandırırlar"-deyə mənbə ətrafdakıların J. Loya münasibəti haqqında danışır.

 

Qeyd edək ki, Lopez və Afflek 2022-ci ilin yayında evləniblər. 2021-ci ildə müğənninin beysbol oyunçusu Alex Rodriguez ilə ayrılmasından sonra münasibətlərini yenidən bərpa ediblər.


2000-ci illərin əvvəllərində də Ben və Cennifer evlənmək ərəfəsində idilər, lakin nişanlandıqdan sonra ayrıldılar. Təxminən 20 illik fasilə zamanı sənətçi Mark Entoni ilə evlənib və ondan iki uşaq - Maks və Emma dünyaya gətirib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT 

“İnsanlar istəyir ki, sıfır balla attestat alanlar da ali məktəbə qəbul olunsun”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (...

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim OLUNACAQ

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.   Bu barədə Sfera.az-a Komissiyanın üzvü,...

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin TƏMƏLLƏRİNİ QOYDU

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub.   Sfera.az xəbə...

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.   Sfera.az-ın xəbərinə görə, bu ba...

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Qazaxıstan Rusiya ilə əldə etdiyi razılaşmaya əsasən, bu ölkədan idxal etdiyi xam şəkərin miqdarını artıra biləcək.  Sfera.az Rusiya mediasına istinad...

"Bu məsələlər keçid ballarına təsir edəcək" - DİM sədrindən MÜHÜM AÇIQLAMA 

Bu il abituriyentlərin nəticələrinin yüksək olması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək.    Sfera.az xəbər verir k...