\"Sehirli xalat\"ın \"Zərifə\" və \"Eldar\"ı 60 il sonra - VİDEO

\

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar.

 

Sfera.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar.

 

S.Hətəmova filmdə "Zərifə" obrazına həyat verərkən 13 yaşının olduğunu deyib:

 

"13 yaşım var idi. 6-cı sinfi bitirirdim. Uşaqları çəkiliş üçün dəvət edirdilər. Bizim sinifdən 2 qız seçilmişdi. Məni "Zərifə" yox, "Səidə" obrazı üçün seçimlərə dəvət etmişdilər. Seçimə yüzlərlə uşaq gəlmişdi. Filmin ikinci rejissoru Əşrəf Mamayev demişdi ki, "Zərifə" rolu üçün 600-ə yaxın qız dəvət edilib. Axıra 100 qız qalmışdı. Əlisəttar Atakişiyev (filmin rejissoru - red.) məndən soruşdu ki, sən hansı rola çəkilmək istəyirsən? Cavab verdim ki, "Zərifə". Dedi rol xoşuna gəlir? Cavab verdim ki, "hə". Söylədi ki, xoşuna gəlir, çəkək. 

 

Uşaqlarımla sərt danışanda həmişə deyirlər ki, "Zərifə, gülümsə". 

 

Ekran işinin "Eldar"ı Y.Şeyxov o vaxt filmdə əks olunan hadisələrin nə vaxtsa real olacağını təsəvvür edə bilmədiyini vurğulayıb:

 

"İndiki uşaqlara deyəndə ki, o vaxt evdə 1 telefon var idi, ağıllarına sığmır ki, bu, necə mümkün ola bilər. Ə.Atakişiyevin öncədəngörmə hissi çox qədər inkişaf etmişdi: Videomaqnitafon, videokamera, kosmik səyahətlər. Filmdən 5 il sonra amerikalı astronavtlar Ayın səthinə ayaq basdı.O, bunu da görmüşdü. Biz o rolları canlandıranda bilmirdik ki, nə vaxtsa bunlar olacaq. Fantastika janrında filmi idi".

 


OXŞAR XƏBƏRLƏR

DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT 

“İnsanlar istəyir ki, sıfır balla attestat alanlar da ali məktəbə qəbul olunsun”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (...

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim OLUNACAQ

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.   Bu barədə Sfera.az-a Komissiyanın üzvü,...

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin TƏMƏLLƏRİNİ QOYDU

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub.   Sfera.az xəbə...

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.   Sfera.az-ın xəbərinə görə, bu ba...

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Qazaxıstan Rusiya ilə əldə etdiyi razılaşmaya əsasən, bu ölkədan idxal etdiyi xam şəkərin miqdarını artıra biləcək.  Sfera.az Rusiya mediasına istinad...

"Bu məsələlər keçid ballarına təsir edəcək" - DİM sədrindən MÜHÜM AÇIQLAMA 

Bu il abituriyentlərin nəticələrinin yüksək olması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək.    Sfera.az xəbər verir k...