HƏMAS atəşkəs və girov razılaşmasını qəbul etdiyini ELAN EDƏCƏK

HƏMAS atəşkəs və girov razılaşmasını qəbul etdiyini ELAN EDƏCƏK

"HƏMAS yaxın saatlarda Misirin atəşkəs və girovların azad edilməsi təklifini qəbul etdiyini açıqlayacaq".

 

Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əl-Şərq xəbər kanalı məlumat yayıb.

 

Xəbərdə son saatlarda Misir, Qətər, İsrail və HƏMAS nümayəndə heyətləri arasında razılaşmada sərbəst buraxılacaq məhbuslarla bağlı intensiv danışıqların davam etdiyi bildirilib.

 

Məlumata görə, razılaşmanın üçüncü mərhələsində HƏMAS ABŞ-dən atəşkəs, İsrailin Qəzza zolağından tamamilə çıxması və İsrail qüvvələrinin döyüşləri davam etdirməyəcəyi ilə bağlı söz alıb.

 

Misir dövlət mediası "Al-Qahera News" isə HƏMAS nümayəndə heyətinin Qəzzada təklif olunan atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların son raundu üçün Misirə getdiyini yazıb.


Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

DİN-dən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə e...

Azərbaycan hansı ölkələrdən kərə yağı alır? - ADLAR

Azərbaycan kərə yağına olan tələbəbatını ödəmək üçün hər il başqa ölkələrdən minlərlə ton məhsul idxal edir.  Sfera.az rəsmi məlumatlara istinadən xəb...

İntizam pozuntularına görə 8 vəkil CƏZALANDIRILDI

Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri A...

DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT 

“İnsanlar istəyir ki, sıfır balla attestat alanlar da ali məktəbə qəbul olunsun”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (...

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim OLUNACAQ

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.   Bu barədə Sfera.az-a Komissiyanın üzvü,...

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin TƏMƏLLƏRİNİ QOYDU

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub.   Sfera.az xəbə...