"Neftçi"nin baş məşqçisi azarkeşlərdən üzr istədi

Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi.

 

Sfera.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

 

O, oyundan əvvəl "Qarabağ"ı məğlub edəcəklərini düşündüyünü bildirib: "Rəqibin bundan əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Bunların üzərində işləməliyik. Düşünürdük ki, mərkəzdə topu saxlamaqla nələrisə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı”.

 

"Neftçi"nin baş məşqçisi heyətlərində texnikalı oyunçuların olduğunu söyləyib: "Ancaq təkbətək mübarizələrdə çətinlik çəkirik. Bu da böyük oyunlarda problem yaşamağımıza səbəb olur".


OXŞAR XƏBƏRLƏR

HƏMAS-ın qətlə yetirdiyi tatuaj ustasının meyiti tapıldı

2023-cü ilin oktyabrın 7-də İsrailə hücum edən silahlı HƏMAS üzvlərinin girov götürərək öldürdüyü 23 yaşlı tatuaj ustası, xanım Şani Loukun Qəzza bölgəsində cəs...

Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq - FOTO

Bir neçə dəqiqədən sonra Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq.   Sfera.az-ın məlumatına görə, Zəngilanda yeni məscidin təməli şəh...

Qara dənizdə gəmi BATDI

Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Mohammed-Z” gəmisi batıb.   Sfera.az xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiya...

Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi AÇIQLADI

Zəngəzur dəhlizi 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacaq.   Sfera.az-ın xəbərinə görə, bunu “TGRT Haber” kanalına Türkiyən...

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında işti...

DİN-dən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə e...