İsa Qəmbər yenidən Müsavat Partiyasının sədri seçildi

İsa Qəmbər yenidən Müsavat Partiyasının sədri seçildi

Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilir.

 

Sfera.az xəbər verir ki, qurultayın keçirilməsində əsas məqsəd sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və partiyaya yeni başqanın seçilməsidir. 

 

Qeyd edək ki, İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb. Müsavat Partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz və buna görə də hazırkı başqan Arif Hacılı namizədliyini irəli sürməyib.

 

Daha əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi də Müsavat başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürüb.

 

Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayını keçirərək partiyanın başqanı seçilib. O, 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq"

Krım tatarlarının pozulan hüquqları hələ də bərpa olunmayıb.   Sfera.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin Krım Tatar Türk xalqını...

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri İCRA ETDİLƏR

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə keçirilən EFES-2024 beynəlxalq hərbi təlimlərində atəş fəaliyyətləri icra ediblər.   Sfera.az xəbər verir k...

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Bu il gümüşün qiymətində müşahidə edilən artım sürəti qızıla nisbətən daha yüksək olub.  Sfera.az xəbər verir ki, sürətli artımın nəticəsində uzun 11 ...

MN: "Bu günə kimi 37 min ha-dan çox ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib"

Bu ilin may ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 254 hektardan çox ərazi ...

Namiq İslamzadəyə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsi Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə olunub.   Sfera.az report-a istina...

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

"Yüksəliş" müsabiqəsinə qabiliyyət imtahanının yeni imtahan korpusunda keçirilməsi yeni bir mərhələdir.   Sfera.az xəbər verir ki, bunu jur...